Ailə Üzvləri üçün

Ananız güvəndə, siz rahatlıq içindəsiniz

Ananız güvəndə, siz rahatlıq içindəsiniz

Ananızın qayğısı davam edir, sadəcə bu qayğı artıq peşəkar komanda tərəfindən dəstəklənir.

LOQOS ailənin yerini tutmur. Biz ailənizin etibarlı tərəfdaşı olaraq ananızın rifahını və rahatlığını təmin edirik.

Daimi məlumatlandırma

Sakinimizin sağlamlığı, əhvalı və gündəlik həyatı barədə ailə üzvləri mütəmadi məlumat alırlar.

🚪

Sərbəst ziyarət imkanı

Ailə üzvləri hər gün müəyyən edilmiş saatlarda əvvəlcədən xəbərdarlıq etmədən ziyarət edə bilərlər.

Video əlaqə və ünsiyyət

Komandamız sakinlərimizin övladları və nəvələri ilə müntəzəm video əlaqə saxlamasına dəstək verir.

Ailə və yaxınlarla görüş günləri

Müntəzəm ailə günləri və sosial tədbirlər vasitəsilə yaxınlarınızla birlikdə vaxt keçirmək imkanı yaradılır.

Ailə üzvləri üçün psixoloji dəstək

Ehtiyac yarandıqda ailə üzvləri üçün də psixoloji dəstək və məsləhət xidmətləri təqdim olunur.

Birgə qərarvermə prinsipi

Sağlamlıq, qidalanma və fərdi proqramlarla bağlı bütün mühüm qərarlar ailə ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Ailə yükünün azaldılması

Yaxınınıza qayğı göstərmək böyük məsuliyyətdir. Biz bu yükü sizinlə bölüşürük.

Peşəkar dəstək sayəsində ailə üzvləri həm öz həyatlarını davam etdirə, həm də yaxınlarının güvəndə olduğuna əmin ola bilirlər.

Peşəkar qayğı ailə sevgəsinin əvəzlənməsi deyil, onun daha davamlı şəkildə qorunmasıdır.

Psixoloq xidmətləri həm sakinlər, həm də ailə üzvləri üçün əlçatandır.

Qısamüddətli və müvəqqəti qalış

Müvəqqəti yerləşdirmə proqramları ailələrə əlavə rahatlıq və çeviklik təqdim edir.

Ezamiyyət, səfər, əməliyyat və ya digər səbəblərlə qısamüddətli qayğı ehtiyacı yarandıqda təhlükəsiz həll təqdim olunur.

Sakinlər peşəkar nəzarət, təhlükəsizlik və rahatlıq şəraitində qalır, ailələr isə rahatlıq əldə edir.

Qiymətlər və yerləşdirmə paketləri
Ananız üçün rahatlıq, təhlükəsizlik və ev istiliyi bir arada

Gəlin — fərqi özünüz hiss edin

LOQOS-un qapıları istənilən gün açıqdır. Evi göstərir, heyətlə tanış edir və bütün suallara cavab veririk.