24/7 peşəkar tibbi nəzarət və qayğı

Sakinlərimizin sağlamlığı gecə-gündüz peşəkar tibbi komanda tərəfindən nəzarətdə saxlanılır.

Hər bir sakin fərdi ehtiyaclarına uyğun diqqət və qayğı ilə əhatə olunur.

Həkim və tibb bacıları tərəfindən sağlamlıq vəziyyətinin daimi monitorinqi həyata keçirilir.

⚕

24 saat fəaliyyət göstərən tibb postu

  • Tibb bacıları və qulluq heyəti günün hər saatı xidmətinizdədir.
  • Dərmanların vaxtında və düzgün qəbuluna nəzarət edilir.
  • Təcili hallarda operativ müdaxilə və xəstəxanaya nəqliyyat təmin olunur.
☮

Psixoloji rifah və emosional dəstək

  • Fərdi psixoloji konsultasiyalar və dəstək görüşləri keçirilir.
  • Yaddaş və koqnitiv dəstək
  • Sosial ünsiyyət, qrup fəaliyyətləri və art-terapiya məşğələləri təşkil edilir.
♈

Aktiv həyat və reabilitasiya proqramları

  • Günə yüngül gimnastika və hərəkətlə başlanılır.
  • Sağlamlıq vəziyyətinə uyğun fiziki aktivlik proqramları tətbiq edilir.
  • Həkim göstərişi əsasında fizioterapiya xidmətləri göstərilir.
⚭

Həkimlər və tərəfdaş tibb müəssisələri

  • Aparıcı klinikalar və apteklərlə əməkdaşlıq edilir.
  • Müxtəlif ixtisaslardan olan həkimlərin planlı müayinələri təşkil olunur.
  • Müayinə və konsultasiyalara müşayiət xidməti göstərilir.
Psixoloji rifah və emosional dəstək

Psixoloji dəstək proqramları sakinlərin özlərini rahat və güvəndə hiss etməsinə kömək edir.

◯

Fərdi görüşlər ehtiyaclara uyğun şəkildə planlaşdırılır.

Psixoloq uyğunlaşma, təklik hissi, narahatlıq və emosional çətinliklərlə peşəkar şəkildə işləyir.

◎

Qrup görüşləri və sosial dəstək

Maraqlı mövzular ətrafında keçirilən söhbətlər ünsiyyəti və sosial aktivliyi artırır.

◈

Yaddaş və koqnitiv dəstək

Fotoşəkillər, ailə hekayələri və xüsusi məşğələlər yaddaşın aktiv saxlanılmasına kömək edir.

Təcili yardım və təhlükəsizlik sistemi

Sakinin vəziyyəti dəyişdikdə əvvəlcədən hazırlanmış tibbi protokollar tətbiq olunur.

1

Təcili çağırış sistemi dərhal aktivləşdirilir.

Tibb personalının reaksiya müddəti minimuma endirilmişdir.

2

Vəziyyət yerində qiymətləndirilir və ilkin tibbi tədbirlər görülür.

Zərurət olduqda həkimlə dərhal əlaqə yaradılır.

3

Xəstəxanaya yönləndirmə

Ehtiyac yaranarsa tərəfdaş xəstəxanaya operativ nəqliyyat təşkil edilir.

4

Ailənin məlumatlandırılması

Ailə üzvləri hadisə barədə dərhal məlumatlandırılır və proses boyunca məlumat verilir.

5

Davamlı nəzarət və təhlil

Hər hadisə təhlil edilir, ehtiyac olduqda qulluq və müalicə planı yenilənir.

Gəlin — fərqi özünüz hiss edin

LOQOS-un qapıları istənilən gün açıqdır. Evi göstərir, heyətlə tanış edir və bütün suallara cavab veririk.