Yadda qalan anlar və xoş görüşlər
LOQOS-da tədbirlər sakinlərin sosial həyatını zənginləşdirən, ünsiyyəti və həyat sevincini artıran vacib ənənələrdən biridir.
Milli və dövlət bayramları xüsusi proqramlar, musiqi və ailə ab-havasında qeyd olunur.
Canlı musiqi proqramları sakinlərə xoş emosiyalar və unudulmaz anlar bəxş edir.
Müxtəlif sahələrdən tanınmış qonaqların iştirakı ilə görüşlər və söhbətlər təşkil olunur.
Hər sakin üçün ad günü və xüsusi günlər fərdi şəkildə qeyd olunur.
Ailə üzvlərinin iştirakı ilə sosial və mədəni tədbirlər təşkil olunur.
Azərbaycan ədəbiyyatı və mədəniyyətinə həsr olunmuş proqramlar keçirilir.
Müxtəlif mövzular üzrə maraqlı və interaktiv tədbirlər təşkil olunur.
Kulinariya, yaradıcılıq, şəxsi qulluq və gözəllik xidmətləri üzrə fəaliyyətlər təşkil olunur.
Sakinlər üçün Bakı şəhərinin görməli məkanlarına gəzintilər, açıq hava fəaliyyətləri və ekskursiyalar təşkil olunur. Bu proqramlar sosial aktivliyi, hərəkəti və xoş emosiyaları dəstəkləyir.
LOQOS-un qapıları istənilən gün açıqdır. Evi göstərir, heyətlə tanış edir və bütün suallara cavab veririk.