Haqqımızda

Fəlsəfəmiz, Komandamız və Dəyərlərimiz

Bizim konsepsiyamız

Bizim konsepsiyamız

LOQOS qadınların təhlükəsiz, rahat və ləyaqətli həyat sürməsi üçün yaradılmış premium uzunömürlülük rezidensiyasıdır. Burada hər detal sakinlərimizin sağlamlığı, rahatlığı, şəxsi vərdişləri və həyat tərzi nəzərə alınaraq planlaşdırılmışdır.

Rezidensiya həyatı
LOQOS-u fərqləndirən 4 əsas dəyər

Niyə ailələr LOQOS-u seçir?

Tam şəffaflıq

Video müşahidə sistemi, foto-video hesabatlar və ailələrlə daimi əlaqə.

Ailə ilə birlikdə

Ailə üzvlərinin aktiv iştirakı, görüşlər, tədbirlər və davamlı ünsiyyət.

Fərdi yanaşma

Hər sakinin həyat tərzinə, sağlamlıq vəziyyətinə və ehtiyaclarına uyğun fərdi qayğı planı hazırlanır.

Müəssisə deyil, ev

LOQOS xəstəxana və ya qocalar evi deyil. Burada ev rahatlığı, təhlükəsizlik və insan istiliyi bir araya gəlir.

LOQOS-un üç əsas dəyəri

Ləyaqət və hörmət

Biz hər bir sakinə fərd kimi yanaşırıq. Onların həyat təcrübəsinə, seçimlərinə və şəxsi məkanına hörmətlə yanaşmaq fəaliyyətimizin əsas prinsipidir.

Etibar və şəffaflıq

Açıq ünsiyyət, şəffaf fəaliyyət və ailələrlə davamlı əlaqə sayəsində hər zaman məlumatlı ola bilərsiniz.

Sadəcə yaşayış deyil, dolğun həyat

Sosial fəaliyyətlər, yaradıcılıq məşğələləri, musiqi, tədbirlər və ünsiyyət sakinlərimizin hər gününü mənalı və aktiv edir.

Rahat və zövqlü yaşayış mühiti
Qayğı modelimiz

Qayğı modelimiz

Bizim məqsədimiz yalnız qulluq göstərmək deyil, sakinlərimizin həyat keyfiyyətini yüksəltməkdir. Tibbi nəzarət, sosial dəstək, ailə ilə əlaqə və fərdi yanaşma qayğı modelimizin əsasını təşkil edir.

İTHAF

Qənirə Paşayevanın əziz xatirəsinə ithaf olunur

"Hər bir insan qayğıya, hörmətə və ləyaqətli həyata layiqdir."

LOQOS Qadın Uzunömürlük Rezidensiyası mərhum millət vəkili Qənirə Paşayevanın əziz xatirəsinə ithaf olunmuş sosial layihədir. İnsan ləyaqətinə hörmət, qayğı, sosial dəstək və cəmiyyətə inteqrasiya prinsipləri rezidensiyamızın fəaliyyət fəlsəfəsinin əsasını təşkil edir. Qənirə Paşayevanın insanlara xidmət və milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi fəaliyyət bu layihənin ilham mənbəyidir.

Gəlin — fərqi özünüz hiss edin

LOQOS-un qapıları istənilən gün açıqdır. Evi göstərir, heyətlə tanış edir və bütün suallara cavab veririk.