Nitq və ünsiyyət bacarıqlarının inkişafına peşəkar yanaşma və qayğı ilə dəstək oluram.
LOQOS-un baş loqopedi və defektoloqu. 25 ildən artıq peşəkar təcrübəyə malik mütəxəssis olaraq nitq və ünsiyyət bacarıqlarının inkişafı, nitq qüsurlarının korreksiyası və fərdi reabilitasiya proqramlarının həyata keçirilməsi ilə məşğuldur.
Azərbaycan Dövlət Pedaqoji Universiteti — Defektologiya ixtisası, bakalavr (fərqlənmə diplomu), 1995–1999
Bakı Məktəbəqədər Pedaqoji Texnikumu — Məktəbəqədər təhsil və tərbiyə, 1993–1995
Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu — İbtidai təhsilin pedaqogikası və metodikası üzrə ixtisasartırma, 2006
Loqos Psixoloji, Nitq və İnkişaf Mərkəzi — Defektoloq və loqoped (2016-cı ildən)
Sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi İnternat Məktəbi — Surdopedaqoq və nitq inkişafı üzrə mütəxəssis (1998-ci ildən)
Loqopediya, autizm, neyroinkişaf, disleksiya, nitq korreksiyası və sensor inkişaf sahələrində keçirilən beynəlxalq konfrans və təlim proqramlarının iştirakçısı və məruzəçisi. Müasir loqopedik yanaşmalar, nitq masajı, qidalanma pozuntuları və kommunikasiya bacarıqlarının inkişafı üzrə çoxsaylı sertifikat proqramlarını tamamlamışdır.
LOQOS-un qapıları istənilən gün açıqdır. Evi göstərir, heyətlə tanış edir və bütün suallara cavab veririk.